Topdansatış qiymətlər niyə kommersiya sirri sayılmalıdır?

Topdansatış qiymətlər niyə kommersiya sirri sayılmalıdır?
 
Rəsmi statistika istehlak məhsulları səbətinə daxil olan məhsulların pərakəndə qiymətlərilə bağlı hər ay məlumat açıqlayır. 
Lakin istesalçıların topdansatış qiymətininin dinamikasını açıqlsa da, məbləğ ifadəsində açıqlamır. Məsələn, siz istəsəniz ki, 2021-ci ildə 1 ton taxılın orta istehsalçı (topdansıatış) qiymətini biləsiniz, onu pərakəndə satış qiymətilə müqayisə edəsiniz, belə bir şansınız yox. Statistika qurumları bunu "Rəsmi statistika haqqında" Qanuna əsasən (15, 16 və 17-ci maddələr) bu tip informasiyaların "ilkin statistik məlumatlar" kimi təsnif edilməsi, onların yalnız daxili istifadə məqsədli olduğu ilə izah edirlər.
Baxmayaraq ki, bu qanun 1994-cü ildən qüvvəyə minib, istehsalçı qiymətləri ən azından bu qanunun qüvvədə olduğu ilk 10 ildə açıqlanırdı, indi də həmin nəşrlərdən arxivimdə var.
Rəsmi statistikanın daha bir arqumenti budu ki, elə məhsullar var onun tək istesalçısı var - yəni inhisarçı bazar subyektinin məhsuludur. Bu rəqəm açıqlananda avtomatik ayrıca götürülmüş statistik vahidə aid iqtisadi informasiyanı da açıqlamış olurlar ki, bu da qanuna ziddir.     
Məncə bu hüquqi məhdudiyyəti 2 səbəbdən qiymətlə bağlı informasiyaya aid etmək doğru deyil:
1) Qiymət istehsal xərcləri deyil ki, ayrıca bir vahidə məxsus məlumat gizlədilsin. Onsuz da hər bir subyekt məhsuluna açıq şəkildə qiymət qoyur və bazara çıxarır. Amma, məsələn, heç bir sahibkar özünün istehsal xərclərini hətta müqavilə tərəfdaşına açıqlamır. İstehsal xərclərindən, ödənən vergi məbləğlərindən fərqli olaraq qiymətlərin biznes sirri sayılması məntiqli görünmür -  dediyim kimi, hazırda qanunvericiliklə kommersiya və vergi sirri sayılan bir sıra məlumatlardan fərqli olaraq onlarla (bəzən yüzlərlər) bazar iştirakçıları və müqavilə tərəfdaşları həmin məlumatı onsuz da görə bilir. Kommersiya və vergi sirri odur ki, həmin məlumatlara subyektin özündən və səlahiyyətli dövlət qurumlarından başqa kənardan kimsənin çıxışı yoxdur.
 
2) Əgər statistika məhz inhisarçı subyektləri nəzərə alaraq istesalçı qiymətlərin açıqlanmasını qadağan sayırsa, "İnformasiya əldə etmək haqqında" Qanun bunun əksini deyir. Bu qanuna görə, inhisarçı subyektklərin mal və xidmətlərinin qiymətləri cəmiyyət üçün açıq olmalıdır. Məsələn, bu qanun (29.1.25-ci maddə) əmtəə bazarında hökmran mövqe tutan subyektlərin üzərinə mallarının (xidmətlərin) qiymətlərində dəyişikliklərə aid informasiyaları cəmiyyətə açıqlamaq öhdəliyi qoyur. Yəni bir inhisarçı demək üçün ki, mən məhsulumun qiymətini 20% artırıram, gərək həmin qiymətin mövcud səviyyəsini də açıqlamış olsun. Bu hüquqi müddəa inhisarçı subyektlərin topdansatış qiymətlərinin kommersiya sirri hesab edilməsini istisna edir.
Yeri gəlmişkən, Rusya statistika qurumunun saytına daxil olub istehsalçı qiymətləri rahatlıqla götürə bilərsiniz.
 
Rövşən Ağayev
Paralel.az
0.039413928985596