Direktorun səs yazısı ilə bağlı açıqlama
Təhsil Nazirliyi Ağstafa rayon Aşağı Kəsəmən məktəbinin direktoru Mətanət Məmmədovaya aid səsyazısı ilə bağlı araşdırma aparır.
Təhsil Nazirliyindən bildirilib ki, həmin məsələ ilə bağlı araşdırma aparılır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, ötən gün Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovaya aid olduğu deyilən səsyazısı yayılıb. Səs yazısında direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V.Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.
Daha sonra direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.
Şikayətçi Vüsalə Məmmədova məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət edib.
Səfurə, Paralel.az