İngiltərədə PKK simvollarının daşınması cinayət sayılıb

İngiltərədə PKK simvollarının daşınması cinayət sayılıb
 

Paralel.az xəbər verir ki, İngiltərə Ali Məhkəməsi nümayiş zamanı PKK-nı simvolizə edən əşya gəzdirən şəxslərə verilən cəzaları qüvvədə saxlayıb: “İngiltərə Ali Məhkəməsinin qərarında bildirilib ki, 2000-ci il tarixli Terrorla Mübarizə Aktının 13-cü maddəsində bir şəxsin əşyanı ictimai yerlərdə gəzdirməsi cinayət hesab olunur.
Qərarda qeyd olunub ki, şəxsin daşıdığı və ya geyindiyi əşyanın qadağan olunmuş təşkilata aid olub-olmadığını bilmək üçün zehni qabiliyyəti kifayətdir, aksiya zamanı işlətdiyi və polis tərəfindən lentə alınan ifadələr və sözlər ağlabatan fikir yaradır.
Qərar Böyük Britaniyada PKK və ya digər təşkilatları simvolizə edən simvolların taxılması və daşınması ilə bağlı işlərdə presedent olacaq”.
Nigar

0.012001037597656