Aviasiya eksperti Ermənistanın Türkiyəyə uçuşlardan  heç nə qazanmayacağını iddia edir

Aviasiya eksperti Ermənistanın Türkiyəyə uçuşlardan  heç nə qazanmayacağını iddia edir
 

Paralel.az xəbər verir ki, aviasiya eksperti Navik Xaçatryan İstanbulla İrəvan arasında hava əlaqəsinin açılmasından bəhs edib: “Türkiyə ilə münasibətlərimizin tənzimlənməsi, ölkələrimiz arasında azad bazar qaydalarının tətbiq edilməsi qərara alınarsa, o zaman hökumətin qərarına əməl etməyə bilmərik. İqtisadi baxımdan bu, Ermənistana müəyyən fayda gətirəcək.
Ermənistanla Türkiyə arasında aviareyslərin açılması halında, ən azı indilik Ermənistan tərəfi üçün heç bir fayda görmürəm. Bizdə cəmi dörd aviaşirkət var, qalanları ancaq kağız üzərində mövcuddur. Üstəlik, bu dörd aviaşirkətdən ikisi fəaliyyətə başlamalıdır. Türkiyəyə uçuşlar artıq elan edilib, lakin hələlik dəqiq maliyyə və iqtisadi hesablamalar təqdim edilməyib.
Türkiyə aviaşirkəti Ermənistanın hava məkanını keçmək üçün naviqasiya haqqını ödəməlidir. Bu məbləğ təyyarənin yürüşündən və çəkisindən asılı olaraq formalaşır.
Lakin müvafiq müqavilələrə əsasən Yerevan və Gümrü hava limanları konsessiya idarəçiliyinə verildiyi üçün bu məbləğin yalnız bir hissəsi Ermənistanda qalacaq. Beləliklə, Ermənistan büdcəsinə böyük məbləğlər daxil olmayacaq”.
Nigar

0.010143995285034