Layihə üçün 490 milyon dollar vəsait ayrıldı
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistandakı nümayəndəliyi direktorunun müavini Yoşimasım Takemur Özbəkistan Turizm və İdman Nazirliyi nəzdindəki Mədəni İrs Agentliyinin (MİA) direktoru ilə görüşüb.
Paralel.az xəbər verir ki, görüşdə ölkələr arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Yoşimasım Takemur bildirib ki, Yaponiya Özbəkistanda “Rəqəmsal arxiv vasitəsilə İpək Yolunda mədəni irsin qorunması” layihəsi üçün 490 milyon dollar vəsait ayırır.
Görüşdə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə müxtəlif tədbirlər həyata keçirmək üçün layihə sənədlərinin imzalanması qərara alınıb.
Qeyd edilib ki, ötən il iyun ayında Özbəkistanın Dövlət Tarix Muzeyində, Termez Arxeologiya Muzeyində və Termez yaxınlığındakı arxeologiya obyektlərində tədqiqatlar aparılıb. Keçən ilin oktyabrında MİA-da tədqiqatların nəticəsi olan “Rəqəmsal arxiv vasitəsi ilə İpək Yolunda mədəni irsin qorunması” layihəsi müzakirə edilib.
Səfurə, Paralel.az