Osteoporoz zamanı necə qidalanmalı?
Paralel.az xəbər verir ki, müəyyən qidaların istehlakı ilə osteoporozun inkişafı arasında aydın əlaqə var. Sümükləri gücləndirmək üçün qida ilk növbədə kalsium, D vitamini, C və K vitaminləri ilə zəngin olmalıdır.
Soya südündən hazırlanan tərəvəz kəsmikinin tərkibində fitoestrogenlərin təsiri olan soya flavonoidləri var.
Balıq yağında çoxlu vitamin D var. Skumbriya, siyənək, sardina, qızılbalıq növlərinə diqqət yetirmək lazımdır. Təbiətdə yaşayan balıqlarda qəfəsdə böyüyən balıqlara nisbətən daha çox D vitamini var.
Bolqar bibəri C vitamini mənbəyidir.
Çoxlarının sevimlisi olan duzlu kələm kalsiumla zəngindir və süd məhsullarından imtina edənlər üçün alternativ ola bilər. Onun da tərkibində fitoestrogenlərin təsiri olan flavonoidlər var. Bundan əlavə, duzlu kələm mədə-bağırsaq traktının vəziyyətinə müsbət təsir göstərən bifidus və laktobasillərlə zəngindir.
Nigar