Avstriyada peyvənd olunmayanlar cərimələnəcək
Avstriyada peyvənd olunmayanlar üçün noyabrın 15-dən tətbiq edilən lokdaun yanvarın 31-də ləğv olunacaq, fevralın 1-də isə yaşlı insanlar üçün məcburi vaksinasiya haqqında qanun qüvvəyə minəcək.
Paralel.az xəbər verir ki, lokdaunun başa çatmasını Avstriya kansleri Karl Nehammer elan edib. O bildirib ki, peyvənd olunmayanlar üçün məhdudiyyətlər xəstəxanaların reanimasiya və intensiv terapiya şöbələrini yüklənmədən qorumaq məqsədilə tətbiq olunmuşdu. İndi isə belə bir təhlükə yoxdur.
Kansler, bununla yanaşı, indiyədək peyvənd vurdurmayan 1,5 milyon vətəndaşı tezliklə vaksinasiya olunmağa çağırıb. Rəsmi məlumata görə, ölkədə əhalinin 75,4 faizi peyvənd edilib.
Avstriya Avropada məcburi vaksinasiya haqqında qanun qəbul edən ilk ölkədir. Qanun qüvvəyə mindikdən sonra hökumət hər bir ev təsərrüfatını yeni tələblər və onların pozulmasına görə məsuliyyət barədə məlumatlandıracaq. Martın ortalarından başlayaraq, polis insanların vaksinasiya statusunu yoxlayacaq, peyvənd olunmayanlar 600 avroyadək cərimələnəcək.
Səfurə, Paralel.az