"ABŞ-ın aktivləri dondurmaq təhdidi Rusiya rəsmilərini incitmir"

 

Paralel.az xəbər verir ki, Dimitri Peskov cari məsələlərlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

ABŞ Konqresi və Senat üzvlərinin yüksək səviyyəli Rusiya rəsmilərinin daşınmaz əmlaklarını dondurmaqla təhdid etdiklərinə diqqət çəkən Peskov deyib ki, mövzunu tam bilməyən ABŞ konqres üzvləri və senatorlar aktivlərinin, bankın dondurulmasından danışırlar: "Bu o deməkdir ki, Rusiya administrasiyasının nümayəndələrinin hesabları, daşınmaz əmlakları barədə onların kifayət qədər məlumatı var. Bu, yüksək vəzifəli məmurlar üçün ağrılı deyil. Siyasət üçün ağrılı olmasa da, dağıdıcıdır".

Peskov Rusiya prezidenti Vladimir Putinin maaşının “Rossiya” bankındakı hesabına yatırıldığını və bu banka qarşı sanksiyaların tətbiq olunduğunu bildirib.

"Ümid edirəm ki, Normandiya formatında keçiriləcək görüş nəticəyönümlü olacaq"

Ukraynanın şərqi məsələsinə də toxunan Peskov Normandiya formatı (Rusiya, Almaniya, Fransa və Ukrayna) ölkələrinin liderlərinin müavinlərinin bu məsələni müzakirə edəcəklərini qeyd edib. Bu görüşün nəticəyönümlü olacağı ümidini bölüşən Peskov qeyd edib ki, Putin 2014-cü ildə rusiyayönlü separatçılar tərəfindən elan edilən qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının nümayəndələri ilə telefonla danışmağı planlaşdırmır.
Akif Nəsirli

0.011244058609009