Pambıqçılar 10 min 701,46 ton məhsul toplayıblar
Tərtər rayonunda pambıq yığımı başa çatıb.
Paralel.az xəbər verir ki, 2021-ci ildə Tərtər rayonunda 1810 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında olmaqla 3440 hektar sahədə pambıq becərilib. Tarlalardan 10 min 701,46 ton “ağ qızıl” toplanıb. Hər hektarın məhsuldarlığı 31,1 sentnerdir.
Səfurə. Paralel.az