Dəm qazı probleminə rəvac verənlər...

Dəm qazı probleminə rəvac verənlər...
 

Məsuliyyətsizlər ordusundan kimlər tərksilah olacaq?

 Dəm qazından zəhərlənmələrin illərin gündəminiişğaledən problem olması artıq hamıya məlumdur. Bu problemin daha çox qış aylarında qabarmasının da səbəbləri bəllidir.

Nəticəsi bəlli olsa da, narahat qalınmayan məqam isə dəm qazından zəhərlənmələrin, ölümlərin fonunda, bu problemin birdəfəlik həll olunmamasıdır.

Mətləbə keçməzdən öncə qeyd edək ki, parlamentin 2022-ci ilin yaz sessiyasının ilk iclasında da sözügedən məsələylə bağlı müzakirələr keçirilib. Belə ki, “Qaz təchizatı haqqında İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri müzakirə olunub. Məlumata görə, “Qaz təchizatı haqqında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri dəm qazından zəhərlənmələrin, qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Xəbərə görə, bu qanun layihəsinin sosial sifarişə əsaslandığı deyilib, eləcə dəm qazından həyatını itirənlərin sayı açıqlanıb. Vurğulanıb ki, qaz xətləri, qurğuları, tüstü bacalarının yoxlanılması işi, eləcə bu istiqamətdə texniki xidmətin səviyyəsi artırılmalıdır.

Həmçinin bildirilib ki, “Qaz təchizatı haqqındaqanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, havalandırma havadəyişmə xətlərinin müayinəsi, onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunub. Bu istiqamətdə qanuna dəyişikliklər s. edilib.

Məsuliyyətə gəlincə, qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub...

...Lap çoxdan, bir nəfər müsahibim bizdə olduqca gözəl, vacib qanunların qəbul edildiyini söyləmişdi. Yəni istənilən sahəylə bağlı qəbul edilən qanun sarıdan kasad deyilik. Lakin qanun bolluğunda onların işlənmə mexanizmi yetərincədirmi, bu istiqamətdəki işi qənaətbəxş hesab etmək olarmı?!

Suala veriləcək cavabı gözləməyə ehtiyac yoxdur. Çünki hamı bilir ki, ölkədə məsuliyyət baxmından axsamalar, kəsəsi, şikəstlik hökm sürür. bunu heç məcazi mənada işlətmirik. Ən azından, ona görə ki, daha çox qış aylarında üzə çıxan dəm qazı probleminin qarşısını vaxtında almaq üçün ilin qalan üç fəslində kimsənin evinin, mənzilinin qapısını döyən, içəri ayaq basan olmayıb. Problemə qarşı bircə addım atan olmayıb ki, bu qədər zəhərlənmə, ölüm statistikası yaranmasın.

Problemlə bağlı fikirlərini bildirən insanlar ildə heç olmasa bircə dəfə tüstü bacalarının, qaztənzimləyici qurğuların s. müayinədən keçirilməsini faciələrin qarşısının alınmasında mühüm addım hesab edirlər. Lakin fayda?! Əksər sakinlər yaşadıqları binada tüstü bacalarının yoxlanılması məqamını xatırlamadıqlarını deyirlər. Hətta elə şəxs var ki, mənzilində qazpaylayıcı qurğu nasaz olsa da, idarəyə etdiyi zənglər, müraciətlər cavabsız qalıb. O, məsələyə məsul bir adam tapa bilmir ki, üzləşdiyi problemi nəinki həll etsin, heç olmasa, sualına cavab versin.

Nəticə göz qabağındadır. Özü elə bir nəticə ki, illərdir yazırıq, bayağı səslənsə , “həyəcan təbili çalırıq”, insanları, əlaqədar qurumları problemə gözübağlı qalmamağa səsləyirik. Çifayda sözünü işlətməyin yeri gəldi yenə ...

Xülasə, həyat hamıya bir dəfə verilir. Lakin onun məsuliyyətsizlərin ucbatından itirilməsi neçə-neçə ailənin ömürlük dərdinə, sağalmayan yarasına çevrilir.

İnsan həyatını çətinləşdirən, dəyərsizləşdirən deyil, bitirən problemi həll etməyi isə məsul qurumlar öz üzərinə götürmək istəmir. Bu istiqamətdə qədər deyilsə, danışılsa, yazılsa, göstərilsə, ən son halda, qədər insan ölsə ...

Gözləyək görək, yeni qanun məsuliyyətsizlər ordusundan kimləri tərksilah edəcək?

Ki, problemin qapanmasından da neçəsinin gözləri bu dünyaya əbədilik qapanmasın...

 Nigar Orucova 

Paralel.az

0.023599863052368