Yardımlının Çayüzü kəndində bulaq-abidə kompleksi

Yardımlının Çayüzü kəndində bulaq-abidə kompleksi
 

İkinci Qarabağ müharibəsində şanlı ordumuzun qazandığı zəfərdə Yardımlı igidləri öz qəhrəmanlığı ilə sözün əsl mənasında tarix yazıblar. İndi el-obada onların adı çəkiləndə hamı qürur hissi keçirir. Burada Vətən, torpaq naminə öz canından keçən şəhidlər müqəddəs varlıq kimi ürəklərdə yaşayır, əziz xatirələri uca tutulur. Dağlar diyarın daha bir kəndində- Çayüzünün mərkəzində şəhidlərin şərəfinə bulaq-abidə kompleksi ucaldılıb. Onun açılış mərasimdə adəti üzrə rayon iştimaiyyəti iştirak edirdi. Bütün gün boyu ziyarət olunan bu müqəddəs yer Yardımlının şəhid oğullarına ehtiram əlaməti olaraq tər gül-çiçəyə büründü.

Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış etdi:” Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Böyük qələbədə 30 il əsarətdə olan Vətən torpaqlarının azadlığı, ölkəmizin müstəqilliyi uğrunda qurban gedən şəhidləri boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram onların ailələrinə tükənməyən qayğısıdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igid oğullar daim yaddaşlarda yaşayacaq, onların döyüş yolu, göstərdikləri şücaət vətənpərvərlik hər zaman gənc nəslə nümunə olacaqdır.”

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Paralel.az

0.022149085998535