Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
 

Paralel.az xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata əsasən, görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında turizm və mülki aviasiya sahələrində əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Əsas diqqət COVID-19 pandemiyasının hər iki sahədə yaratdığı çağırışlara yönəldilib.

Qeyd olunub ki, hədəf ölkələrdən Cənubi Qafqaza daha çox ziyarətçinin cəlb olunması üçün region ölkələrinin səylərinin birləşdirilməsi vacibdir və bu da öz növbəsində hər bir ölkədə turizm və mülki aviasiya sektorlarının gələcək inkişafına kömək edə bilər.
Akif Nəsirli

0.021509885787964