Dünyada nə qədər koronavirus xəstəsi var?
Paralel.az Bülleten-ə istinadən xəbər verir ki, aşkar edilmiş infeksiyaların sayı əvvəlki həftə ilə müqayisədə 5%, ölüm halları isə 1% artıb.
Məlumatda qeyd olunur ki, ötən həftə ilə müqayisədə yoluxanların sayında artım Şərqi Aralıq dənizi (39 faiz), Cənub-Şərqi Asiya (36 faiz) və Avropada (13 faiz) qeydə alınıb.
COVID-19-dan ölümlər baxımından Cənub-Şərqi Asiyada (44%) və Şərqi Aralıq dənizində (15%), Afrikada (14%), Qərbi Sakit okeanda (12%) və Avropada (5%) azalıb.
Yoluxma sayına görə lider ABŞ-dır, burada həftədə 4 215 852 yoluxma hadisəsi qeydə alınıb.
Akif Nəsirli