Rusiyada yenidən rekord sayda yoluxma

Rusiyada yenidən rekord sayda yoluxma
 

Rusiyada bir gündə rekord sayda – 74 692 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 226 nəfər xəstəxanaya yerləşdirilib.

"Paralel.az" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 657 nəfər artaraq 328 105-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 315 801 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 099 937 nəfər sağalıb.

Səfurə, Paralel.az

0.019049882888794