Yol polisi reydlərə başladı, ehtiyatlı olun!

Yol polisi reydlərə başladı, ehtiyatlı olun!
 

Paralel.az xəbər verir ki, paytaxtın yol polisi qanunsuz parklanma ilə bağlı reydlər keçirir

Bu haqda 23 yanvar tarixində Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Son vaxtlar Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər şöbəsinə dayanma-durma və parkinq məsələləri ilə bağlı vətəndaşlar tərəfindən çoxlu müraciətlər daxil olub. Bütün rayon polis əməkdaşları ilə birlikdə qanunsuz ödənişlərin yığılmasına qarşı mübarizə tədbirləri həyata keçiriləcək.

"Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Əks halda polis müvafiq tədbirlər görəcək", - deyə Vaqif Əsədov açıqlama verib.

Qanunsuz parkinqlə məşğul olanlara qarşı sərt tədbirlər görüləcək. Polis bu gündən etibarən bu istiqamətdə fəaliyyətə başlayacaq.
Akif Nəsirli

0.010246992111206