"İndi "icma" anlayışı yoxdur"

 

"Münaqişədən öncə Qarabağın Azərbaycan icması erməni icmasının bəyanatlarına cavab verirdi. İndi isə "icma" anlayışı yoxdur".

Paralel.az-ın məlumatına görə bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib

"Bizim üçün "Azərbaycanın erməni vətəndaşları" anlayışı var. İndi biz Ermənistan XİN-in açıqlamalarının böyük hissəsinə cavab veririk. Bəzilərinə isə tələsik reaksiya verməməyə çalışırıq. Çünki biz artıq qalib dövlətik", - o bildirib.
A. Nəsirli

0.0090658664703369