Nizami Gəncəvi zülmü və ədaləti tanıdır

Nizami Gəncəvi zülmü və ədaləti tanıdır
 

 

Siracəddin Hacı yazır...

II Yazı

“Yeddi gözəl” məsnəvisinin “Bəhram Gurun padşahlığı” bölməsinin bu mesajları var:

- böyük hərəkatların böyük dostları da olur;
- dostu, sevəni, fədakarı olmayan hərəkat uğur qazanmaz;
- uğur qazanmaq istəyən lider hərəkatına inanmalı, ağıllı, cəsur, iradəli, çalışqan olmalı, düşmənlərini əzməli, dostlarına sahib çıxmalıdır;
- hakimiyyət Allahın nemətidir, şükrü üçdür: hər kəsə ədalət, hər kəsə mərhəmət, hər insana xidmət;
- seçici ədalət, seçici mərhəmət (bu dəyərləri bir qrupa aid etmək) əxlaqsızlıqdır;
- zülm darlıq, ədalət genişlikdir;
- zülmün nəticəsi nifrət, ədalətin nəticəsi sevgidir;
- insanı öldürmək ona işgəncə verərək ləyaqətini alçaltmaqdan daha yaxşıdır;
- zülm qaranlıq, ədalət nurdur;
- xalqdan itaət istəyən ona xidmət etsin, xidmətin qarşılığı itaət, zülmün qarşılığı üsyandır;
- şahın, hakimiyyətin vəzifəsi xalqın nazını çəkməkdir;
- aşiq, arif, irfan əhli olan hakimiyyətin afətindən qorunar;
- ariflik, aşiqlik şahlıqdan üstündür;
- şah irfan əhli olmalı, nəfsini tərbiyə etməlidir ki, hakimiyyətin afətindən qoruna bilsin;
- nəfs tərbiyəsi davamlı işdir;
- hakimiyyət xeyrə də, şərə də xidmət edə bilər, o da hər nemət kimi ikiyönlüdür;
- qəlbinə, nəfsinə, ağlına, iradəsinə, vicdanına hakim olan dünyaya hakim olar;
- ariflik, aşiqlik halı bu halı yaşayan dostlarla qorunar;
- ədalət, mərhəmət, insana xidmət hərəkatı bu dəyərlərə inanan insanlarla gerçəkləşdirilə bilər;
- şahlıqla ariflik, aşiqlik birləşsə, bu, ədalətə, ədalət də hüzura yol açar;
- insan Allahı unutsa, O da insanın özünü özünə unutdurar, yəni insan onu kimin yaratdığını, niyə yaratdığını, bu dünyadakı varlıq səbəbini, ilahi təyinatını, haradan gəlib haraya getdiyini unudar, nəticədə, azar, dəyərini itirər, həlak olar;
- sərvətin ilahi təyinatı ehtiyacı təmin etmək, xeyri çoxaltmaqdır;
- Allahın verdiyi nemətlərə şükür edilməsə, geri alınacaq;
- şükür nemətlərin gerçək sahibinin Allah olduğunu bilmək, onlardan ilahi təyinatına uyğun istifadə etməkdir;
- insan şükür etsə, Allah nemətləri artıracaq;
- nemətə şükür edilməsə, o nemətin ziddi ortaya çıxacaq: tövhidi şirk, azadlığı köləlik, ədaləti zülm, barışı savaş, sağlamlığı xəstəlik, zənginliyi yoxsulluq, xeyri şər, mərhəməti acımasızlıq, elmi cəhalət, sevgini nifrət, halalı haram, birliyi parçalanma, doğrunu yalan, imanı küfür, mənəvi diriliyi mənəvi ölüm əvəz edəcək;
Paralel.az

 

0.019871950149536