Elə gözlənilən kimi də oldu

Elə gözlənilən kimi də oldu
 

Osman Gündüz yazır:

Orfoqrafiya lüğətində "hörümçək, spayder" problemi və onun aradan qaldırılması ilə bağlı AMEA rəsmilərinin açıqlamasının necə olacağı maraqlıydı.

AMEA rəsmiləri dedilər ki, texniki xəta olub, lüğət təkmilləşdiriləcək və KİTAB formasında yenidən çap olunacaq.
Yəni, indiyədək çap olunan versiya ləğv olunacaq, minlərlə nüsxə yenidən çap olunacaq.

Maraqlıdır, əgər lüğətdə yenidən hansısa texniki xəta ucbatından, tutaq ki, milçək sözü unudulsa nə baş verəcək?
AMEA rəsmilərin indiki açıqlamasına görə belə anlaşılır ki, lüğət yenidən təkmilləşdiriləcək və yenidən kitab formasında çap olunacaq.

Düzü, ölkədə rəqəmsal transformasiya prosesinin getdiyi bir zamanda, tərkibində İnformasiya Texnologiyaları İnstitutunun olduğu AMEA rəhbərliyindən belə açıqlama verilməsi anlaşılmaz və təəccüblüdür.

Dilçilik qurumu indiyədək bu resursu elektrona çevirə bilməyib. Normal, rədmi bir mobil app hazırlamayıb.
Amma Azərbaycandilkşli internet məkanında bu lüğətlərin bir neçə tip elektron versiyaları var.
Azleks qurumu bu istiqamətdə xeyli işlər görüb. AMEA heç olmasa bu qurumlarla əməkdaşlıq çərçivəsində , qısa zamanda bu tip lüğətlərin rəsmi, güvənli versiyasını da elektron formada təqdim edə bilərdi.

5 ildən bir kitab formada çapı nəzərdə tutalan Orfoqrafiya lüğətinin elektron versiyasında daha effektiv yenilənmələr aparmaq, səhvləri tez düzəltmək, hər gün meydana çıxan yeni sözləri və terminləri daxil etmək olardı.

Ümumiyyətlə isə gələcəkdə bu tip resursların yalnız bir neçə nüsxə kağız formada çapının nəzərdə tutulması, əsasən rəqəmsal resursların , mobil versiyaların hazırlanmasının nəzərdə tutulması doğru olardı.

Paralel.az

0.033052921295166