Ziya Məmmədovun qardaşı kimi ittiham etdi?

Ziya Məmmədovun qardaşı kimi ittiham etdi?
 
Paralel.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov AMEA-da baş verən son hadisələrə təəccüblənmədiyini bildirib.
O, qeyd edib ki, Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır. Azərbaycan elminin dünya elminə inteqrasiya edə bilməsi üçün AMEA-nı xilas etmək lazımdır. 
«AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Mən Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur demişəm və bu gün də həmin sözümün üzərindəyəm. Lakin təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir».
Şahnaz Saleh
0.010538816452026