Razılaşmadım...

Razılaşmadım...
 
Mən bir zaman alim və ixtiraçılarımızın bilik və bacarığını xalqına və millətinə deyil, xarici ölkələrə gedib, yadların dövlətlərin inkişafına xidmət etmələrini qınayırdım...
İndi zaman keçdikcə alim və ixtiracılarımızın nə üçün və nə səbəbə ölkəmizi tərk edib, xarici ölkələrə gedib, bilik və bacarığını yad ölkələrin faydalanmasına razı olduqlarını anlayıram və məlum olur ki, əgər onlar ölkəsini tərk edib, xarici ölkələrə getməsəydilər, onlar da mənim kimi işsiz qalardılar, yoxsulluğa məhkum olardılar, ya da acından ölməmək üçün, bazarda oturub, meyvə-tərəvəz satardılar, yaxud da qul bazarında iş axtarıb, əməklərini ucuza satardılar...
Gənc yaşımda, milli münaqişə zəminində uzunmüddətli həbs düşərgəsində cəza çəkdiyim  vaxtlarda Yəhudi İsrail alimləri və müdrikləri mənə təklif editdilər ki, sənin yerin İsraildir, orada sənə dəyər verəcəklər, sən Akbar Cavadov bir kəlmə razılıq ver, səni özün ağırlıqda ləl cavahirat verib, zindandan qurtaraq. Yəhudi Naumlar boyundan olan Alim, dünya gözəli qızının şəkilini gəstərib, onunla evlənməyimi təklif etdi və şərt qoydu ki, emiqrasiya mərkəzi olan Hindistanda Kərküttədə sən artıq, Yəhudi milli mənsubiyyətiylə yeni bir həyata başlayacaqsan...Razılaşmadım...
Amerikaya dəvət aldım,razılaşmadım...
Rusiyaya dəvət aldım razılaşmadım...
Yenidənqurmanın proqramı haqda məlumatlı idim, 1985 ci ildən Azərbaycana qayıtdım.
1988 ci ildə Azerb SSRİ MK birinci katibi Kamran Bağırovla məsləhətləşib iş görmək istədim, onu işdən çıxartdılar.
1988 ci ildə Azerb SSRİ MK birinci katibi Əbdülrəhman Vəzirovla məsləhətləşib iş görmək istədim, 1990 cı il 20 yanvar qırğını baş verdikdən sonra, onu da işdən çıxartdılar və meydanda asmaq istədilər, o da məcbur qalıb Moskvaya qaçdı.
1990 ci ildə Azerb SSRİ MK birinci katibi və müstəqil Azərbaycanın ilk prizidenti Ayaz Mütəllibovla məsləhətləşib iş görmək istədim. Xocalı soyqırımı baş verdikdən sonra, onu işdən çıxartdılar və nəhayət o da Moskvaya qaçdı.
Əbülfəz Elçibəylə (Əliyevlə) görüşdük, prezident seçiləcəyi təqdirdə ALİ İNSAN ideolgiyası əsasları proqramıyla birgə işləyəcəyimiz haqda söz verdi, ancaq prizident seçildikdən sonra məni unutdu və onun hakimiyyəti dövründə Kəlbəcər Şuşa və Laçın rayonları işğal olundu və daxili çəkişmələr sonucunda, o da  Haxçıvana  doğma kəndi Kələkiyə qaçdı.
Əliyevlər gəldilər və bu günə kimi heç bir məktuba cavab belə yazmadılar və mənə puhi xəstə diaqnozu verdirib dəlixanaya salıb, məhv etmək istədilər.
Azərbaycan dövlətinin il boyu təbliğat və təşviqat gündəliyində ardıcıl başqatıcı yadetmələr, mərasimlər, heç bir faydası olmayan düşük və şəti əyləncə serialları davam edir:-
yeni il gəlir:-
1. 20 yanvar soyqırımına hazırlıq,
2. 25-26 Fevral gəlir Xacalı soyqırımına hazırlıq.
3. Mart gəlir, çərşənbələr və noruz bayramına hazırlıq,
31 mart soyqırımına hazırlıq,
4. 28 maymüstəqillik gününə hazırlıq,
rayonların və kəndlərin işğal olunması günü qeydetmələrinə hazırlıqlar,hazırlıqlar,hazırlıqlar...
Bu gedişaatlar xalqımızı böyük fəlakətlərə doğru hər an yaxınlaşdırır!
Əkbər Cavadov

Paralel.az

0.010334968566895