"ASAN indeks" üzrə qiymətləndirmə Hesabatı açıqlanmır

 
Bir ay bundan öncə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmə nəticələrinə dair növbəti təqdimat keçirilib.
 
Məlum olduğu kimi Dövlət Agentliyi hər il “Dövlət Xidmətlərinin Elektron Reyestrinə" daxil olan xidmətlərin "ASAN xidmət indeksi" üzrə qiymətləndirməsini aparır və Hesabat açıqlayır.
Hesabatda hər bir dövlət qurumu üzrə dövlət xidmətlərinin keyfiyyəti, səmərəliliyi, şəffaflığı, elektronlaşması vəziyyətini əks etdirən Reytinq Cədvəli hazırlanır.
 
20 dekabr 2021-ci ildə açıqlanan məlumatda 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidmətinin,  13 yerli icra hakimiyyəti orqanının 124 xidmətinin və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidmətinin monitorinq olunduğu bildirilib.
Təqdimat zamanı monitorinqin yekunu üzrə Reytinq Cədvəli açıqlanmayıb.
 
Buna baxmayaraq həmin təqdimatdan sonra bəzi dövlət qurumları hətta 1-ci yerə çıxmaları ilə bağlı tələsik açıqlamalar da vermişdilər.
 
Lakin sonralar  nədənsə proses dayandı. 
İndiyədək də Hesabat dərc olunmayıb və Dövlət Agentliyinin də rəsmi saytında yerləşdirilməyib.

Osman Gündüz

Paralel.az
0.0099310874938965