Heç bilirdinizmi təqsirin formaları hansılardır?

Heç bilirdinizmi təqsirin formaları hansılardır?
 

Paralel.az xəbər verir ki, Baş prokurorluq öz marifkəndirmə layihəsini davam etdirir. Bu dəfəki video-çarxda təsirin formaları barədə məlumat verilib.
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınmışdır.
Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi təqsirin formaları hansılardır?” mövzusu ilə bağlı cinayət qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilmişdir.
Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.
Akif Nəsirli

0.01087212562561