İlin 20-ci gününə sözardı – ELMİ-LƏDUN
Bildiyimiz kimi, bu gün ilin 20-ci günüdür. Bunu nəzərə alıb, 20 ədədinin hikmətlərinə nəzər salaq.
Quranın 20-ci surəsi Musa Peyğəmbərin həyatından bəhs etdiyindən, biz də 20 ədədini elə bu həzrətin həyatı fonunda şərh edəcəyik.
... Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətinitamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı).
...Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər.
...Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da... hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladılar. Musa belə halla ilk dəfə qarşılaşdığından, qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu.
Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına qərar verdi...
Bu əhvalat “Quran”da öz əksini belə tapmışdır:
“Onlar dedilər: “Ya Musa! Özün seç. Ya sən əvvəlcəəsanı yerə tulla, ya da biz birinci tullayaq!
Musa dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Sehrbazlarəllərindəkini yerə atan kimi onların sehri üzündənbirdən Musaya elə gəldi ki, onların ipləri, qamışları vədəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür.
Musanın canına qorxu düşdü (O qorxdu ki, camaatsehrlə möcüzə arasında fərq qoya bilməyib imangətirməsin).
Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləqsənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzübqoşduqlarını bir anda udsun. Onların düzəltdiklərisehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir.Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
Musa əsasını yerə atan kimi o bir əjdahaya dönübsehrbazların iplərini, qamışlarını yerli-dibli uddu.Nəhayət, sehrbazlar: “Biz Harunun və MusanınRəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.
Firon, dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Onaiman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədənböyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarınınkötüklərindən asacağam. Onda hansımızın (mənFironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətlivə daha sürəkli olduğunu biləcəksiniz!” “Quran”, 20-ci surə, 65-71-ci ayələr.
“Quran”da təsbit olunmuş bu hadisədə diqqət çəkən birneçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədədanışıldı)?
Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Quran”ındüzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğatabedir. Qeyd edim ki, Elmi-ləduna görə 20 ədədi sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magiktəsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusunagirən ədəd ən çox 20 (!) ədədi olur. Belə adamlar bəzihallarda yuxuda ya 20 nömrəli marşurutda getdiklərinigörürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslarverdiyini görürlər. Nəticədə real həyatda onların yasəfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləriyerdən onlara veriləsi pul verilmir. Bunun elmi-lədunyozumu odur ki, belə yuxu görən şəxsin magik təsir(neqativ enerji) səbəbindən yolları bağlıdır.
Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsindədiqət çəkən digər məqam onların meydana yığdıqları ipvə qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalarniyə başqa heyvana deyil, məhz ilana çevrildi?
Elmi-ləduna görə ilan şər qüvvələrin (sehrin, cadunun…) simvoludur. Magiya ilə məşğul olanlar ən çox buheyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər (qaraenerji ötürürlər). Bu cür təsirə məruz qalan insanlar isə, yuxuda əsasən ilan görürlər.
Quranda cadugərlər (sehrbazlar) barədə Allah bizlərəxəbər verir ki, onların istifadə etdikləri kitab süleymanPeyğəmbərdə də vardı. Amma, Peyğəmbər cinləribuyurmaq üçün olan o dualardan pis məqsədlə istifadəetmirdi. Onları ancaq tikinti və s məqsədlər üçünbuyururdu. Amma, Süleyman Əleyhissəlam dünyasınıdəyişəndən sonra həmin kitab başqa-başqa adamlarınəllərinə keçdi və üzü köçürülərək, ər-arvad arasına nifaqsalmaq, sağlamlığa iyan vurmaq və s fitnə-fəsad məqsədiilə istifadə olunmağa başladı:
“(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dairşeytanların oxuduqlarına (sehr kitablara) uydular.Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyiüçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri vəBabildə Harut və Marut adlı iki mələyə nazil olanlarıxalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), səngəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasınanifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar(sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verəbilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərərverən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytanəməlləri ilə mübadilə edənlərin) axirətdə payıolmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədəryaramaz bir şeyə satdıqlarını biləydilər!” “Quran”, “İnək” surəsi, 102-ci ayə.
Cəmiyyətdə neqativ enerji ötürülməsi (sehr, cadu və s) Süleymandan sonra bütün dövrlərdə olub. Amma, əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların “xidmətindən” istifadə edənlərin artması ilə əlaqdardır.
Vurğulamaq istəyirəm ki, Musa Peyğəmbərin dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar – yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər – bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ (“qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini tilsimə salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə səbəb olur. Belə enerji yüklənmiş əşyalar evə qoyulduqda ilk növbədə evdəki qız uşaqlarına, hamilələrə çox güclü təsir edir və onlarda baş, boyun, kürək, onurğa ağrılarına, panikaya, əsəbə, yorğunluğa, yuxusuzluğa, qarabasmalara və s hallara səbəb ola bilir. Adətən bu cür neqativ enerjidən yaranan ağrılar, əsəb... dərmanlara tabe olmur və orada yaşayan hamilə qadının bətnindəki uşağa (yaxud, evdə yaşayan qızın neçə ildən sonra doğacağı uşağa) da çox güclü mənfi təsir göstərir. Hazırda autizmli, əqli qüsurlu, əsəbi, cinsi bilinməyən... uşaqların sağlamlardan çox doğulması da bununla bağlıdır. Yəni, insanlar hansısa bir problem üçün falçılara, cadugərlərə (onlar bəzən özlərini ekstrasens, medium və s adlandırırlar) müraciət etməklə həm indiki nəsli, həm də gələcək nəsli (neqativ enerjinin təsirinə məruz qoymaqla) xəstələndirirlər.
Maraqlıdır ki, bu cür təsirə məruz qalan insanların yuxusuna adətən ilan girir, yaxud, onlarda ilana qarşı fobya olur (elə bilirlər ki, indi haradansa ilan çıxacaq).
Yeri gəlmişkən, qeyd edim ki, özümdə hansısa bir xəstəliyin olmasından şübhələnirdim. Gözüylə baxıb diaqnoz qoyan məşhur bir ekstrasensə müraciət etmək istədim. Əvvəlcə onun hansı enerjiylə işlədiyini bilmək üçün, internetdəki müsahibələrindən birini oxudum. Gördüm adamın ilanlarla yaxın təması var və ətrafında bu heyvanları görür. Bundan sonra ona müraciət etmək fikrindən daşındım.
Allah əməlisaleh bəndələri şeytanların və şeytababənzər adamların fitnə-fəsadından qorusun. Amin!
P.S. Qadınlarda mensturasiya prosesi olduğuna görə neqativ enerji yüklənmiş əşya onlara tez təsir edir və bu prosesi pozur.
Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, 36 kitab müəllifi
Paralel.az