Elxan Şükürlü yazır..

Elxan Şükürlü yazır..
 
İslam inancına görə, namaz insanı günahlardan, pis əməllərdən çəkindirən və daim Allahı xatırladaraq, onu yüksək məsuliyyətə, paklığa, nizama və gözəl əxlaqa səsləyən ən vacib əməllərdən biri sayılır.
Şübhəsiz ki, Allaha və onun qarşısında bir gün hesab veriləcək Günün olduğuna inanmayanlar üçün din də, namaz da heç bir əhəmiyyət daşımır, məna kəsb etmir, puç və əfsanə sayılır. 
Allaha, Hesab Gününə inananlar və anlayanlar üçünsə bu fotonun – İranın yeni prezidenti Seyid İbrahim Rəisinin Kremldə olduğu müddətdə xalçasını yerə sərib namazını qılmasının çox böyük mənası, əhəmiyyəti var. Burada namazın qılındığı yerdən, vaxtdan tutmuş Allahın əmrinin yerinin yetirilməsinin vacibliyinədək, bir çox məsələlər üzərində durmaq, hansı mesajların verildiyinə dair fikir dartışması etmək mümkündür.
Ancaq mənim diqqət çəkmək, vurğu etmək istədiyim tamam başqa məsələdir: bir müsəlman Rəhbər dəyərlərimizi, bax, beləcə, dünyanın idarə olunduğu ən möhtəşəm saraylara daşımağı və bu gözəl dinimizə dəvətini həm də şəxsi nümunələriylə uzun müddət İslamı düşmən sayan belə saraylardan, ən yüksək tribunalardan həyata keçirməyi bacarmalıdır! 
Unutmayın: Allahdan qorxan heç kimdən qorxmaz, Allahdan qorxmayanlarsa hər kəsdən qorxar!

Paralel.az

0.014011859893799