20 yanvar faciəsində Bakını müdəfiə edən dənizçilər.

20 yanvar faciəsində Bakını müdəfiə edən dənizçilər.
 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilmişdir. Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.

Faciə günü, sovet hərbi gəmilərinə Bakı buxtasına yol verməmək üçün, Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-dən çox gəmisi buxtaya gedən yolu kəsmişdir. “Sabit Orucov” gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratmışdırlar.

Şura bir neçə maddədən ibarət tələbnamə hazırlamışdır. Mixail Qorbaçova ünvanlanan tələbnamədə qoşunların Azərbaycandan çıxarılması və dənizçilərin aqressiyaya sona qədər etiraz edəcəkləri deyilirdi.
Paralel.az

0.016202926635742