Mən böyüyəndə...

Mən böyüyəndə...
 
Şəmsəddin Əliyev yazır:
Tənha bir qoca 4 yaşlı nəvəsinin və gəlininin yaşadığı oğlunun evinə köçməli olur.
Qocanın əlləri əsir,gözləri zəif görür,
axsaya-axsaya yeriyərdi.
 
Ailə süfrə ətrafında birlikdə oturardı.Amma qocanın əlləri əsdiyi və gözləri zəif gördüyü üçün yemək zamanı çətinlik çəkərdi. Qaşığındakı noxud dənələri döşəməyə tökülər,südlə dolu fincanı iki əli ilə möhkəm tutsa da saxlaya bilməyib süfrəyə dağılardı.
Gəlin də,oğul da bundan çox əsəbləşərdilər.
-Biz nə isə etməliyik.Belə olmaz,mən artıq kifayət qədər yeməyin və südün döşəməyə dağılmasından bezmişəm,-oğul deyir.
Ər və arvad belə qərara gəlirlər ki,otağın küncündə qocaya kiçik bir masa qoysunlar.
Qoca bundan sonra elə o küncdə qoyulan kiçik masada tək yeməli olur...
Ailənin diğər üzvləri isə birlikdə
yediklərindən həzz alar,qocaya o qədər də diqqət etməzdılər.
 Qoca təklikdə iki dəfə boşqabını qırdığına görə ona ağacdan hazırlanmış kasada yeməyi verməyə başlayırlar.
O, demək olar ki, tək qalmışdı.
Bəzən qoca  hərəkətlərinin izləndiyini hiss etdikdə əziyyət çəkər,gözlərindən yaş gilələnərdi.Həmin vaxtdan başlayaraq qocanın əlindəki çəngəl və yaxud, qaşıq yerə düşəndə ünvanına 
acı iradlar söylənilərdi...
4 yaşlı nəvəsi isə bütün bunları uşaq təxəyyülü ilə sakitcə seyr edirmiş.
Bir axşam çağı,yeməkdən əvvəl uşağın döşəmədə ağac parçası ilə məşğul olduğunu görən ata yaxınlaşıb maraqla soruşur:
-Oğlum,neynirsən?
Uşaq da ciddi görkəm alıb cavab verir:
-Mən böyüyəndə səni və anamı yedizdirmək üçün iki kiçik kasa düzəldirəm və gülümsəyərək işinə davam edir.
4 yaşlı nəvənin bu sözü valideynləri son dərəcə sarsıdır.Nitqləri  tutulur.Göz yaşları  yanaqlarına hakim olur.
Hər ikisi,heç kimə, heç nə demədən qocaya yaxınlaşıb əlindən tutur, nəzakət və nəvazişlə geri-ailə süfrəsinə dəvət edirlər. 
Həmin gündən  bir yerdə süfrə ətrafında yeməyə başlayırlar.
Qaşıq,çəngəl yerə düşsə də,süfrəyə və döşəməyə süd ,yemək dağılsa da,daha narahatlığa səbəb olmur...
**
Nə yaxşı ki,nəvə,oğul ataya və gəlinə tarixin ibrət dərsini anlada bilib...
Tanrı heç kimi belə hallarla imtahana çəkməsin !
Valideynin qədrini ,onun karına bir işlə gələ və borcunu verə  bilməyənlər vətənin və dövlətin
də borcunu verə bilməz!
Həzər o gündən,həzər!
Paralel.az
0.011499881744385