Gürcüstanın Azərbaycandakı səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 20 Yanvar faciəsinin 32-ci ildönümü günündə Şəhidlər xiyabanını ziyarət edib.
Paralel.az xəbər verir ki, o, səfirliyin nümayəndəsi Revaz Sakvarelidze ilə birgə şəhidlərin məzarlarına gül dəstələri düzərək xatirələrini ehtiramla yad edib.
Səfirlikdən bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının ən yeni tarixinə ən faciəvi gün kimi daxil olub.
Akif Nəsirli