Akademiyada istefalar başladı...

Akademiyada istefalar başladı...
 

Millət vəkili Etibar Əliyev yazır:

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə cavab verdi və istefaya getdi:

"Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bur dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi?

Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyanın rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir."

 

Təşəkkürlər Kərim müəllim! Qətiyyətli elm adamı belə olur...

Paralel.az

 

 

0.016371011734009