TSEK-in vəzifəli şəxsləri məhkəmə qarşısında...

TSEK-in vəzifəli şəxsləri məhkəmə qarşısında...
 

ƏƏSMN-in 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin ibtidai istintaqı başa çatdırılıb.

Bu barədə Baş prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, istintaqla Ağaməhəmməd Hüseynovun 2014-cü ildə 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyərkən öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 16 nəfər şəxsə dair müvafiq sənədlərdə əlilliyin təyini müddəti bir il olduğu halda, həmin qeydləri dəyişib müddətsiz etməsinə, öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmasına, bu qanunsuz əməllərdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən saxta sənədlər əsasında daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılaraq 2015-2020-ci illər ərzində ümumilikdə 148 min 460 manat artıq vəsaitin köçürülməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlarla Ağaməhəmməd Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı dövlətə vurulmuş ziyanın bir hissəsinin ödənilməsi təmin olunub.

Paralel.az

0.019542932510376