“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiya hələ yaradılmayıb”

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiya hələ yaradılmayıb”
 

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya hələ də yaradılmayıb.

Bu barədə “Azadlıq” radiosunun sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Baş nazirlərin üçtərəfli görüşündə Azərbaycan-Ermənistan dövlət sərhədinin sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqqında razılıq əldə olunub. Ermənistan, Rusiya və Azərbaycan prezidentləri 2021-ci il noyabrın 26-da Soçidəki görüşün yekunlarına dair yaydıqları birgə bəyanatda deyilir. Lakin komissiya hələ formalaşmayıb”, - Ermənistan Xarici İşlər Nazirliyinin cavabında deyilir.

Ermənistanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi olan Milli Assambleyanın sədr müavini Ruben Rubinyan dünən rəsmi İrəvanın Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesi ilə bağlı yeni təkliflər göndərdiyini təsdiqləyib, lakin o, təkliflərin detalları barədə açıqlama verməyib. Bu barədə ətraflı məlumat almaq üçün hökumətlə əlaqə saxlamağı tövsiyə etdi.

Yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan Azərbaycanla demarkasiya komissiyasının yaradılması ilə bağlı yeni təkliflər İrəvana təqdim edib. O, bu təkliflərin nədən ibarət olduğunu açıqlamayıb və əlavə edib ki, bu təkliflər Rusiya tərəfi vasitəsilə Bakıya da ötürüləcək.
Akif Nəsirli

0.011026859283447