İrana gedən xəstələrin “sağalmasının” sirləri

 

İrana gedən xəstələrin “sağalmasının” sirləri 
 

Son dövrlərdə Aərbaycanda sağala bilməyən xəstələrin ən çox üz tutduqları ölkə İrandır. Əslində imkanlı adamlar Avropaya və İsrailə, orta təbəqə Türkiyə və Rusiyaya, kasıb təbəqə isə İran klinikalarına üz tuturlar. Azərbaycan əhalisinin çox hissəsi kasıb olduğundan, müalicə üçün İrana üz tutanların sayı da digər ölkələrə nisbətən daha çoxdur. Haqq üçün danışsaq, İrandan gələnlərin çox hissəsi qayıtdıqda sevincək halda sağaldıqlarını deyirlər. Onlar öz sevinclərini həm qohum-əqraba ilə, həm də sosial şəbəkələrdə gen-bol bölüşdüklərindən, əhali arasında belə bir fikir formalaşıb ki, İrana müalicəyə gedən xəstələr hamısı sağalıb gəlirlər (digər ölkələrə üz tutanlar yüksək və orta təbəqənin adamları olduğundan, onlar sağalmaları barədə xəbəri heç vaxt sosial şəbəkələrdə paylaşmırlar. Bu səbəbdən də Azərbaycanda digər ölkələrin klinikaları İran klinikaları qədər məşhur deyil). 

Bütün bunlar işin görünən tərəfidir. Gəlin bir qədər də məsələnin görünməyən tərəflərinə nəzər salaq.
Məsələnin mahiyyətinə dərindən nəzər salmaq istəyirsinizsə, İrandan sağalaraq gələn, sevinci yerə-göyə sığmayan, bir çox hallarda qurban kəsib paylayan N sayda qohum və tanışlarınızı bir neçə aydan sonra təkrar ziyarət edin (yaxud, telofon açın) və səhhətiylə maraqlanın. Görəcəksiniz ki, bir neçə aydan sonra ya həmin sağalmış orqanı, ya da digər bir orqanı kəskin şəkildə xəstədir və yenidən İrana getmək üçün pul axtarır. Bu yaxında feysbuk dostluğumda olan tanınmış jurnalist Fikrət Fərəməzoğlunun paylaşdığı statusu mən də şərh yazaraq paylaşdım. Adam yazır ki, Səhhətim kəskin pisləşib, yenidən İrandakı həkimimin qəbuluna getmək istəyirəm, icazə verilmir... Bu statusu paylaşarkən yazdığım şərh beləydi ki, bu dostum cəmi üç ay qabaq həmin bu profildən həmin iranlı həkimini ağız dolusu tərifləyirdi ki, məni və həyat yoldaşımı çox gözəl əməliyyat etdi, qayğıkeş, savadlı həkimdir... Bəs necə oldu ki, üç aydan sonra jurnalistin vəziyyəti kəskin pisləşdi və yenidən həmin klinikaya, həmin həkimə can atır? Belə faktlar sosial şəbəkələrdə yüz minlərlədir. Sadəcə insanların İrana müalicəyə getmələri, sağalıb gəlmələri barədə statusları yadda saxlayıb, 3-4 ay sonra bir də onun profilinə nəzər salmaq lazımdır. Adını çəkdiyim jurnalist tanınmış adam olduğundan, onun səhhəti barədə paylaşımlarını yadda saxlamışdım (digərlərinə də siz nəzər salsanız məsələnin gerçək mahiyyətini anlayarsınız). Həkimlik təcrübəmdə hər gün onlarla belə pasiyentlə qarşılaşıram ki, 3-4 ay qabaq İran klinikasından tam sağalaraq qayıdıbdır.

Oxucuda sual yaranacaq ki, bəs bu necə olur ki, insan sağalaraq qayıdır, amma, bir neçə aydan sonra əvvəlkindən daha kəskin xəstələnir?
Əvvəllər yazılarımda, müsahibələrimdə vurğulamışdım ki, bütün xəstəliklərin səbəbi (fundamenti) neqativ enerjidir. Bu enerji orqanizmə onurğa vasitəsi ilə daxil olur. Ona görə də onurğanı orqanizmin anteni adlandırmışdım (onurğayla anteni yanaşı qoyub baxdıqda biri-birinə nə qədər bənədiyini aydın görmək olur). Onların funkiyaları da bnzərdir. Belə ki, anten dalğaları tutub, cihaza ötürdüyü kimi, onurğa da Kainatdan gələn enerji dalğalarını qəbul edərək, orqanizmə ötürür. Orqanizmə bu yolla neqativ enerji daxil olduqda, bu enrji ilk növbədə onurğada fəsad (protuiya, osteoxandroz, yırtıq...) yaradır. Daha sonra isə, hansısa bir orqanın üzərində yığılaraq, onun funksiyasını pozur, beləliklə, xəstəlik yaranır...
Xəstə insan müalicə üçün (və s məqsədlə) ölkəni tərk edəndə yaşadığı yerdən bir neçə min km uzaqlaşır. Beləliklə, kəmiyyət (məsafə) dəyişikliyi baş verir. Artıq qabırğa (anten) əvvəlki dalğaları tuta bilmir (televiziyalar uzaq məsafədən tuta bilmədiyi kimi). Beləliklə də KEYFİYYƏT dəyişikliyi baş verir. Bu, Kainatın idarəolunma qanunudur: kəmiyyət dəyişikliyi mütləq keyfiyyət dəyişikliyinə səbəb olmalıdır! (Əvvəlki yazılarımda həm Quranda, həm də Mendeleyev cədvəlində kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsinin bənzər olduğunu müqayisəli şəkildə göstərmişdim.)

Kainatın bu qanunu İrana müalicəyə gedən xəstələrdə də özünü biruzə verir. Belə ki, uzaq msafəyə getdiyindən, onurğa artıq ona ötürülən neqativ enerjini qəbul edə bilmir. Beləliklə, əlaqə kəsilir. Bir qədər orada qalıb, müalicə aldıqda asanlıqla sağalır. Ancaq yaşadığı yerə qayıdan kimi, yenidən həmin enerji dalğalarının təsirinə məruz qalır və əvvəlki proses (neqativ enerjinin hansısa orqanın üzərinə toplanması) təkrar baş verir. Nəticədə bir neçə aydan sonra həmin şəxs əvvəlkindən daha kəskin vəziyyətlə üzləşir...

Əslində digər ölkələrə üz tutan azsaylı yuxarı təbəqənin nümayəndələrində də belə olur. Onlar da sağalıb qayıdandan bir müddət sonra başqa problemlə üzləşirlər.
Sizə bir sirri də açım ki, müalicə üçün xaricə üz tutan xəstələr orada heç həkimə getməyib, sadəcə 21 gün ərzində orada yaşasalar, bu müddətdə görəcəklər ki, ağrıları keçdi və özlərini çox sağlam və gümrah hiss edirlər. Amma, onlar da qayıdandan sonra yenə də eyni problemi yaşayacaqlar.
Bu cür halı gündəlik həyatınızda sizin hər biriniz yaşayırsınız, ancaq mahiyyətinə varmırsınız. Belə ki, yaşadığınız şəhərdən, yaxud kənddən çıxıb, uzaq bir bölgədə olan qohumunuzun evinə qonaq gedəndə görürsünüz ki, evinizdə olan ağrılar (baş, bel və s) burada qaldığınız müddətdə baş vermir. Evinizə qayıdanda həmin ağrıların təkrar baş verdiyini görürsünüz. Adicə sanatoriyaya, yaxud, başqa yerə istirahətə gedən adamlar da bu halın şahidi olurlar, orada ağrıları olmur. Çoxunuz bunu havayla, iqlimlə əlaqələndirirsiniz. Əslində isə, bu, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə səbəb olmasındandır.

Son dövrlər dünyanın bir çox ölkələrinin vətəndaşlarına online seanslar verirəm. Həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlılar xəstələndikdə çox vaxtı mənə müraciət edirlər. Onları müayinə edərkən soruşuram ki, əvvəllər səndə filan, filan hallar (hansı ki, həmin hallar insana neqativ enerji yüklənməsinin əlamətləridir) baş veribmi? Cavab verirlər ki, bəli, Azərbaycanda olanda belə hallar olurdu, bu ölkəyə gələndən sonra onlar yoxa çıxdı. Soruşuram ki, bunlar necə yoxa çıxdı, müalicə aldınmı? Deyir yox, sadəcə öz-özündən yoxa çıxdı, soruşursan, indi yadıma düşür ki, bir vaxtlar (Vətəndə) məndə belə hallar var idi...

Bəli, əziz oxucu, bütün bunlar kəmiyyət (məsafə, paralellər, meredianlar) dəyişikliyi səbəbindən enerji dalğalarında baş verən keyfiyyət dəyişikliyinə görədir. Amma, elə bilməyin ki, xaricə gedən adamlar bu neqativ enerjinin dalğalarından birdəfəlik qurtula bilirlər. Əsla yox! Onlar sadəcə keyfiyyət cəhətdən başqa bir mərhələyə keçirlər. Yəni, burada ağrıyan orqanları daha ağrımır. Orada başqa orqan ağrımağa başlayır. Yaxud, insan başqa bir (maddi, mənəvi, şəxsi həyat və s) problemi yaşamağa başlayır. Araşdıranda görürük ki, məkanı dəyişdikdən sonra neqativ enerji insana başqa bir formada təsir etməyə (mane olmağa) başlayır...
Bütün bu sirləri ona görə ictimailəşdirdim ki, insanlar xəstələnərkən, İrana-Turana gedib, Dünyanı fırlanmaqdansa, ətək-ətək pullar xərcləməkdən, ağır cərrahi əməliyyatlara girməkdənsə, elə öz vətənində neqativ enerjidən təmizlənsə və ildə bir-iki dəfə 21 gün müddətində fərqli iqlimlərdə (məsələn, Şimal bölgəsinin insanı Cənub bölgəsində və yaxud əksinə) yaşasa, həmin insanda heç vaxt xəstəlik olmaz və uzunömürlü olar.

P.S. necə ki WF-dən 10 metr aralanda telefonlarımız internet dalğalarını qəbul etməkdə çətinlik çəkir və keyfiyyət dəyişikliyi baş verir, yaşadığı yerdən aralandıqda insanda da eyni proses baş verir.

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
Əlaqə: 050 375 30 97

Paralel.az

0.022073984146118