“Moskovski Komsomolets” Nazarbayevin izini düşüb?
Paralel.az-ın məlumatına görə, Rusiya nəşri iddia edir ki, Nursultan Nazarbayev yanvarın 2-3-də doğulduğu Şamalgan kəndində olub, daha sonra Qırğızıstandan keçərək BƏƏ-yə uçub.
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev yanvarın 2-dən 3-dək doğulduğu Alma-ata yaxınlığındakı Şamalgan kəndində olub, bundan sonra Qırğızıstan üzərindən BƏƏ-yə uçub. Bu barədə “Moskovski Komsomolets”ə Nazarbayevin həmkəndliləri məlumat verib.
“Nazarbayev yeni ildən sonra buraya gəldi, xəstə qardaşı Bolatı ziyarət etdi. Bildiyimə görə, o zaman Nazarbayev ailəsinin bəzi üzvləri ilə birlikdə zirehli maşınlara minib Qırğızıstan sərhədinə doğru gedib. Onları orada qarşıladılar. Onları hava limanına apardılar, oradan da hamısı Birləşmiş Ərəb Əmirliklərinə uçdular”, - deyə kənddə inzibati vəzifə tutan qəzetin mənbəsi bildirib.
Onun fikrincə, Qırğızıstanın rəhbəri Sadır Japarov Qazaxıstanın eks-prezidentinə kömək edə bilərdi - o, Nazarbayevin 2010-cu ildə, "aprel inqilabı" dönəmində Qırğızıstanın keçmiş rəhbəri Kurmanbek Bakiyevi xilas etməsinə belə cavab verib.
Nazarbayevin BƏƏ-yə getməsinə onun qohumlarının bu ölkədə olması ilə bağlı məlumatlar da sübut ola bilər. Xüsusilə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə onun BƏƏ-də olduğunu barədə məlumatlar veriləndə sonra
qəfildən İnstaqram sosial media hesablarını silib.
Öz növbəsində Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Nazarbayevin çoxdan öldüyünü və dəfn edildiyini dedi, çünki o, “uzun müddət ictimaiyyət qarşısına çıxmırdı”.
Qazaxıstanda yanvarın 2-də avtomobillər üçün maye qazı qiymətinin 60 təngədən 120 təngəyə qaldırılması ilə bağlı etirazlar başlayıb. Etirazçılar hökumətin istefasını, yeni seçkilərin keçirilməsini və eks-prezident Nursultan Nazarbayevin “klan”ından olan şəxslərin lüstrasiya məsələsinə baxılmasını tələb ediblər.
Akif Nəsirli