Yüksekovada evlər qar altında qaldı

Yüksekovada evlər qar altında qaldı
 

Həyat dayandı

Paralel az xəbər verir ki, Türkiyənin Hakkari bölgəsinin Yüksekova rayonunda yağan güclü qardan sonra tək mərtəbəli evlər qar altında qalıb.

Rayonda günlərdir fasilələrlə yağan qar həyatı dayandırıb. Qar qalınlığının yarım metri keçdiyi Yüksekova rayonunda bir çox kənd yolu nəqliyyata bağlanarkən, tək mərtəbəli evlər də qar altında qalıb.

Rayon mərkəzində qarın qalınlığı yarım metrə çatdığı halda, yuxarı hissələrdə 1 metri keçərək nəqliyyatın hərəkətində problemlər yaradıb.
Akif Nəsirli

0.027740001678467