Erməni deputat səfərlər üçün büdcənin talandığını deyir
Paralel.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ-a səfər edən nümayəndə heyətinin tərkibinə həyat yoldaşını da daxil edib. “Ermənistan” müxalifət blokundan olan deputat Areqnaz Manukyan belə deyib: “Nümayəndə heyətinin tərkibinə hakim partiyadan olan bəzi deputatlar, eləcə də Milli Məclis aparatının əməkdaşları daxildir. Bu səfərə dövlət büdcəsindən nə qədər pul xərclənib?
Alen Simonyanın 7 ölkəyə səfərində bu məqsədlər üçün dövlət büdcəsindən Mikonos adasına məşhur səfəri nəzərə almasaq, təxminən 120 min dollar xərclənib.
Mən sorğu göndərdim ki, Alen Simonyanın hökumət daçasının təmirinə nə qədər pul xərclənib. Mənə dedilər ki, bu hissənin xərcləri gizlidir. Yəni heç bir şəffaflıqdan danışa bilmərik”.
Nigar