İranda meyvə alışı 50% azalıb
Paralel.az xəbər verir ki, Tehranın Yük Satıcıları Birliyinin sədri meyvə-tərəvəz bazarında durğunluğun müşahidə edildiyini deyib.
Tehran şəhərində meyvə-tərəvəz mağazalarında satışlar 50 faiz azalıb. Eyni zamanda, məhsulların topdansatış mərkəzlərinin satışında da 30 faizlik geriləmə ilə üzləşib.
Belə ki, meyvə-tərəvəzin topdan satış mərkəzlərinə daxil olan 9 min ton məhsuldan cəmi 7 min tonu satılıb və 2 min tonu məhsul müştərisiz qalıb.
Akif Nəsirli