"Gürcüstanda İslam Tarixi" kitabı nəşr edildi

 

5 ildən artıq tədqiqat aparan Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının artıq II cildi işiq üzü görüb.

Paralel.az xəbər verir ki, müəllifin 2016-cı ildə nəşr edilən “Gürcüstanda İslam Tarixi” adlı kitabının I cildi milad tarixlə 650 – 1050-ci illəri əhatə edir. Kitabın növbəti II cildi isə 1050-ci ildən 1991-ci ilə qədər, yəni Gürcüstanın müstəqliyyinin bərpası dövürünə qədər olan zamanı əhatə edir. Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının I və II cildlərində bütövlükdə – Gürcüstanda bir ilk olaraq – islam tarixinin geniş və dərin şəkildə tədqiqinə – araşdırılamasına həsr olunub.

Qeyd edək ki, tarixilik prinsipinə riayət etməklə yazılan bu kitablarda müsəlmanların Gürcüstana ilk gəlişindən tutmuş, həmin dövrdəki vergi siyasəti, torpaq münasibətləri, inzibati siyasət, idarə sistemi və numizmatika kimi digər mühüm hadisələr də öz əksini tapmışdır.
Akif Nəsirli

0.039346933364868