Türkiyənin ən soyuq əyaləti Ağrıda mənfi 32 dərəcə
Paralel.az xəbər verir ki, Türkiyənin ən soyuq əyaləti olan Ağrıda gecə termometrlər 32 dərəcə şaxta göstərib.
Ağrıda soyuq hava səbəbindən su anbarında 6 metrə qədər buzlaqlar əmələ gəlib, park edilmiş bir çox yük maşınının yanacaq çənləri donub. Sürücülər donmuş yanacaq çənlərinin altında od vuraraq avtomobillərini işə salmaq üçün səy göstərib.
Soyuq hava şəraiti hökm sürdüyü üçün Qars çayı buzla örtülüb.
Ərzurumda isə vətəndaşlar soyuqdan qorunmaq üçün nəqliyyat vasitələrini adyalla örtüb. Şəhərdə bəzi məscidlərin fəvvarələri donub, binaların damlarında buzlaqlar əmələ gəlib.
Nigar