Covid-19 epidemiyası zamanı dünyanın ən zənginlərinin sərvəti iki dəfə artıb

Covid-19 epidemiyası zamanı dünyanın ən zənginlərinin sərvəti iki dəfə artıb
 

Paralel.az xəbər verir ki, Oxfam beynəlxalq yardım təşkilatının dərc etdiyi hesabatda dünyanın ən zəngin 10 adamının ümumi sərvətinin Covid-19 epidemiyası zamanı iki dəfə artdığı ortaya çıxıb.
BBC-nin xəbərinə görə, Oxfam-ın epidemiya zamanı dünyanın ən varlı 10 adamının sərvətinin artdığını ortaya qoyan “Bərabərsizlik Öldürür” hesabatı yoxsulluq həddində yaşayanların sayının artdığını göstərib.
Oxfam-ın Böyük Britaniya prezidenti Denni Sriskandarajah epidemiyada tətbiq edilən qapadma tədbirləri ilə turizm, səyahət və ticarətə tətbiq edilən məhdudiyyətlərdən sonra daha 163 milyon insanın yoxsulluq həddində yaşamağa başladığını söyləyib.
Hesabatda dünyanın ən zəngin 10 adı bildirilib - İlon Mask, Ceff Bezos, Bernard Arnault, Bill Gates, Larry Ellison, Larry Page, Sergey Brin, Mark Zuckerberg, Steve Ballmer və Warren Baffet.
Bundan əlavə, dünyada hər 4 saniyədə 1 nəfərin aclıq, səhiyyə xidmətlərinə çıxış imkanlarının məhdudluğu, iqlim dəyişikliyi və zorakılığın yaratdığı humanitar böhranlar səbəbindən öldüyü bildirilir.
Epidemiyanın qlobal bərabərsizliyi daha da ciddiləşdirdiyi bildirilən hesabatda inkişaf etməmiş ölkələrdə yoxsul insanların Covid-19-dan ölmə ehtimalının təxminən 4 dəfə çox olduğu bildirilib.
Nigar

0.031706094741821