Microsoft kiberhücumun göründüyündən daha dağıdıcı olduğunu bəyan edib

Microsoft kiberhücumun göründüyündən daha dağıdıcı olduğunu bəyan edib
 

Paralel.az xəbər verir ki, Microsoft Ukraynanın dövlət qurumlarını hədəf alan kiberhücumun ilk təsbitlərdən daha dağıdıcı göründüyünü bəyan edib: “Microsoft ötən cümə günü Ukraynanın dövlət qurumlarına təsir edən kiberhücumun ilkin düşündüyündən daha çox zərər verə biləcəyi barədə xəbərdarlıq edib. Şirkətin açıqlamasında Ukrayna dövlətinin rəqəmsal infrastrukturu üçün dağıdıcı nəticələrə səbəb ola biləcək hücumdan gözləniləndən daha çox təşkilatın təsirləndiyi qeyd edilib. Kiyev administrasiyası hücumun arxasında Rusiyanın olduğunu iddia edir.
Ukraynada hökumət saytları, o cümlədən nazirliklər ötən cümə günü intensiv kiberhücumlara məruz qalıb.
Qərb dünyası Ukrayna sərhədinə 100 min əsgər yerləşdirib, mümkün işğala hazırlaşan Moskvanı günahlandırarkən, Avropa İttifaqı və NATO Kiyev administrasiyasının kibermüdafiə imkanlarını artırmaq üçün bu ölkəyə dəstək verəcəklərini vəd edib. Microsoft tərəfindən edilən şərhdə müvafiq təhlilin davam etdiyi qeyd edilib.
Bəyanatın davamı olaraq, “komandalarımız zərərli proqrama yoluxmuş onlarla sistem müəyyən edib və araşdırma davam etdikcə bu rəqəm artacaq. Hökumət saytları, texnologiya şirkətləri və qeyri-kommersiya təşkilatları təsirlənənlər arasındadır. Hücum Vaşinqton və Moskva diplomatlarının Ukrayna ilə gərginliyi azaltmaq üçün apardıqları bir sıra danışıqların nəticəsiz qalmasından sonra baş verib. ABŞ Moskvanın işğala bəhanə yaratmaq üçün Ukraynada bir sıra təxribat təşkil edəcəyini iddia edərkən, Amerika mediası ukraynalı əsgərlərin 2015-ci ildən Rusiya ordusuna müqavimət göstərmək üçün ABŞ-dakı bazalarda təlim keçdiyini yazıb”.
Nigar

0.13657593727112