Yük maşınından 359 immiqrant çıxdı

Yük maşınından 359 immiqrant çıxdı
 

Paralel.az xəbər verir ki, Meksikada avtomobil yolunu yoxlayan polis yük maşınının qoşqusunda səyahət edən 359 immiqrantı yaxalayıb: “Meksikanın şərqində yerləşən Verakruz ştatında yük maşınında əksəriyyəti Mərkəzi Amerikadan olan 359 immiqrant saxlanılıb.
Həmin miqrantların 294-nün Qvatemaladan, 38-inin Nikaraquadan, 15-inin El Salvadordan, 8-inin Hondurasdan və 4-nün Ekvadordan gəldiyi açıqlanıb.
Sürücü və yük maşını Baş Prokurorluğa təhvil verilib.
Daxili İşlər Nazirliyinin İmmiqrasiya Siyasəti Bölməsinə görə, yanvar-noyabr ayı arasında Meksikada 252.000-dən çox sənədsiz immiqrant tutulub və 100.000-dən çox immiqrant deportasiya edilib”.
Nigar

0.0088920593261719