Almanlar COVİD-19-u məğlub edir
Almaniyanın paytaxtı Berlinin Charite Universiteti Xəstəxanasının Virusologiya şöbəsinin müdiri Kristian Drosten bildirib ki, COVID-19 2022-ci ildə Almaniyada endemik (nadir rast gəlinəcək) hala gələcək.
Paralel.az xəbər verir ki, bu barədə o, “Tagesspiegel am Sonntag”a açıqlamasında deyib. O, belə bir nəticə əldə etmək şansının SARS-CoV-2-yə qarşı kütləvi peyvəndlə bağlı yarandığını qeyd edib və onu başa çatdırmağa çağırıb.
Kristian Drostenin sözlərinə görə, gec-tez hamı koronavirusa yoluxur. Bundan əvvəl mümkün qədər çox insan peyvənd edilməlidir.
Drosten əlavə edib ki, Almaniya hakimiyyəti pandemiyanın başa çatdığını elan etsə belə, məhdudiyyətlər gələn qışda qayıda bilər:
"Yəqin ki, yenidən qapalı yerlərdə maskalar taxmalı olacağıq, çünki toxunulmazlıq yenidən bir az azalacaq və həssas əhalini yenidən qorumaq lazımdır", - deyə K. Drosten bildirib.
Akif Nəsirli