Poroşenko Ukraynaya qayıdır
Paralel.az xəbər verir ki, Ukraynanın eks-prezidenti Petro Poroşenko bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün Ukraynaya qayıdır.
Bu gün Kiyevin Peçera rayon məhkəməsində Poroşenkoya qarşı “dövlətə xəyanət” maddəsi ilə açılan işlə bağlı qərar veriləcək.
Qeyd edək ki, eks-prezident "vətənə xəyanət"də ittiham edilsə də, o, özünü günahkar saymır və Ukrayna ədalət məhkəməsində bunu sübut edəcəyinə inanır.
Akif Nəsirli