Nümayişçilər Netanyahunun qanunun aliliyini pozduğunu deyir
Paralel.az xəbər verir ki, üç ayrı iş üzrə mühakimə olunan İsrailin keçmiş baş naziri Benyamin Netanyahu iddialara görə, ittiham razılaşması üzrə danışıqlar aparıb: “Belə bir razılaşmanın qanunun aliliyi prinsipini pozacağını bildirən nümayişçilər bu iddialardan sonra baş prokurorun evi qarşısına toplaşıb.
B.Netanyahu fırıldaqçılıq, etibardan sui-istifadə və rüşvət almaq ittihamı ilə üç ayrı iş üzrə mühakimə olunur.
Vəzifə səlahiyyətlərindən sui-istifadəni rədd edən 72 yaşlı Netanyahu üçün yeni bir iddia da ortaya çıxıb. Netanyahunun müdafiə razılaşması üçün danışıqlar apardığı iddia edilir.
İngilis Daily Mail-də çıxan xəbərə görə, mənbə müdafiə razılaşmasının yaxın günlərdə açıqlanacağını bildirib.
Netanyahu vəzifədə olarkən İsrailin cinayət işində şübhəli şəxs qismində məhkəmə qarşısına çıxan ilk lideri olub”.
Nigar