İran bombalandı
Paralel.az İran mediasına istinadən xəbər verir ki, naməlum qırıcılar İran səmasına daxil olub, bir neçə tunel və raket platformasını dağıdıb.
Yanvarın 16-sı səhər saatlarında İran ərazisinə naməlum və radardan yayınan qırıcıların daxil olması ilə bağlı məlumatlar əldə edilib.
Gizli şəkildə İran səmasına daxil olmağı bacaran qırıcılar üçüncü Babacani bölgəsində SEPAH-a məxsus tunelləri, eləcə də Kermanşah və Həmədan vilayətlərində bir neçə raket buraxılış platformasını məhv edərək daha sonra İran ərazisini tərk ediblər.
Akif Nəsirli