Yaponiya ilə ABŞ arasında ittifaq güclənir
Paralel.az xəbər verir ki, Çinlə ABŞ lideri görüş keçirəcək: “Çinin bölgədə artan hərbi fəaliyyəti və Şimali Koreyanın ballistik raket sınaqlarından sonra Yaponiya baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden görüşnün tarixi bəlli olub. Ağ Ev iki liderin cümə günü onlayn görüş keçirəcəyini açıqlayıb.
“Görüş Hind-Sakit okean regionunda və bütün dünyada sülh, təhlükəsizlik və sabitliyin təməl daşı olan ABŞ-Yaponiya ittifaqının gücünü vurğulayacaq” deyə, Ağ Evin sözçüsü Cen Psaki bildirib. Psaki deyib ki, Bayden azad və açıq Hind-Sakit okean vizyonunu inkişaf etdirmək və texnologiya sahəsində əməkdaşlıq etmək üçün Kişida ilə işləməyi səbirsizliklə gözləyir”.
Nigar