Dinləmək qabiliyyəti

Dinləmək qabiliyyəti
 
(“Qısa qeydlər” silsiləsindən)
Deyirlər böyük siyasətçinin əsas göstəricilərindən biri, bəlkə də birincisi dinləmək, yəni qulaq asmaq qabiliyyətidir. Bu fikrə aydınlıq gətirmək üçün tarixə qısa bir ekskurs etmək istərdim. Deməli, bilənlər bilir, bilməyənlər də bilsin ki, 90-larda Lujkovdan əvvəl Moskvanın meri Qavriil Popov adlı bir alim idi. Fizika-riyaziyyat elmləri doktoru, professor, dövrünün dahisi olan bu adam sadəcə olaraq, Yeltsinin düşünülməmiş hərəkətlərinə (mən daha ağır ifadə işlətmək istəmirəm!) dözmədi, istefa verdi, elmə getdi. Həmin bu Qavriil Popov Rusiya 90-larının ən parlaq siyasətçilərini belə xarakterizə edirdi...
Deməli, SSRİ-nin I prezidenti Mixail Qorbaçov qulaq asmağı ümumiyyətlə bacarmır, dayanmadan danışır, hətta adama, bəli, ya xeyr deməyə imkan vermir. Belə adamlar auditoriyada bir qayda olaraq, nifrət hissi oyadırlar. Sankt Pterburq meri Sobçak da qulaq asmağı, müzakirə aparmağı bacarmır, dayanmadan danışır. Amma Sobçak Qorbaçovdan fərqli olaraq, arabir dayanır, qarşı tərəfə bəli, ya xeyr deməyə imkan tanıyır. Bu adam insanlarda yalnız təəssüf hissi yaradır. Bunlara baxanda, Rusiya prezidenti Yeltsin ağıllı-başlı adamdır, səbrlə qulaq asmağı, müzakirə aparmağı bacarır. Yəqin ki, Yeltsinə hörmət, nüfuz qazandıran, onu lider səviyyəsinə qaldıran həm də bu keyfiyyətidir...
Düşünürəm ki, Qavriil Popovun qəhrəmanlarının – Qarbaçovun, Yeltsinin taleyi hələ yaddaşlardadır. Heç kimə qulaq asmayan Qarbaçova indi heç kim qulaq asmır. Hazırda qocalıq həyatı yaşayan bu adam (deyirlər ölüb?!) yalnız Rusiyaya, ruslara yox, özü özünə də yükdür. Sobçakdan qalan yalnız hazırda uğursuz jurnalist, urursuz siyasətçi kimi tanınan əxlaqsız qızıdır, özü də yalnız bu qıza görə xatırlanır. Boris Yeltsin isə Rusiya tarixində uğurlu siyasətçi, I prezident kimi qalır...
Qalib ARİF
Paralel.az
0.0156569480896