Belarus Avropa İttifaqını miqrantları qəbul etmədiyinə görə tənqid edib

Belarus Avropa İttifaqını miqrantları qəbul etmədiyinə görə tənqid edib
 

Paralel.az xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn İraq Belarus və Avropa İttifaqına üzv olan Polşa, Litva və Latviya arasında sərhəddə qalmış vətəndaşlarını ölkəyə qaytarıb. 
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ilə Bağdadda keçirdiyi mətbuat konfransında danışan Fuad Hüseyn bildirib ki, İraq hökuməti noyabrın 18-dən etibarən öz vətəndaşlarının vətənə qaytarılması üçün Bağdaddan Belarusa 10 reys təşkil edib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf Fransa xəbər agentliyinə bildirib ki, 3817 iraqlı miqrant Belarusdan, 112 nəfər isə Litvadan vətənə qaytarılıb.

Sahaf bəzi iraqlıların hələ də Belarusda qaldığını, lakin “çətin hava şəraiti və mürəkkəb mühitin xilasedicilərə onların sayını müəyyən etməyə imkan vermədiyini” deyib.

Avropa İttifaqı Belarusda Aleksandr Lukaşenko rejimini 2020-ci ilin avqust ayında mübahisəli səsvermədən sonra Lukaşenkonun onun yenidən seçilməsinə etiraz edənlərə qarşı təqiblərindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, “hibrid hücum” çərçivəsində əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrantı Polşa, Latviya və Litva sərhədlərinə yönəltməkdə ittiham edir.

Röyal
Paralel.az

0.037123918533325