Aİ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdarıdır

Aİ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdarıdır
 

Paralel.az xəbər verir ki, Avropa İttifaqı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına və kommunikasiyaların açılmasına tərəfdardır.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Twitter səhifəsində yazıb.

“Mən Ermənistan və Türkiyə nümayəndə heyətlərinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayıram. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Aİ-nin tam dəstəklədiyi mühüm məqsəddir", - deyə Toivo Klaar vurğulayıb.

Akif Nəsirli

0.01141095161438