Ukrayna Saakaşvilinin müdafiəsinə qalxdı

Ukrayna Saakaşvilinin müdafiəsinə qalxdı
 

Paralel.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunda Saakaşviliyə işgəncələr, qeyri-insani rəftarlar, sağlamlığına zərər vurulması və müalicəsinin düzgün aparılmaması ilə bağlı cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı bir neçə iş açılıb.

Bu barədə Mixail Saakaşvilinin ukraynalı vəkili Yevqeni Qruşoveç məlumat verib. Jurnalistlərə müsahibəsində ukraynalı vəkil bildirib ki, Gürcüstan hakimiyyəti Dövlət Müfəttişliyi Xidmətini ləğv edərək sübut edib ki, təqsirləndirilən şəxsləri hüquqi məsuliyyətə cəlb edə bilmirlər, müvafiq olaraq, Ukrayna bu şəxslərin məsuliyyət məsələsini gündəmə gətirmək üçün əlindən gələni edəcək.

Onun sözlərinə görə, Mixail Saakaşvili bu işlər üzrə zərərçəkmiş kimi tanınmaq üçün ərizə yazıb və Ukrayna Baş Prokuroruna rəsmi müraciət ünvanlayıb:

"Saakaşvilinin səhhətinə dəyən zərərin dərəcəsini qiymətləndirmək üçün həkimlər və ekspertlər Gürcüstana gəlməyə hazırdırlar. Biz Ukraynaya qayıdandan sonra müvafiq sənədləri Baş Prokurorluğa təqdim edəcəyik və Mixail Saakaşvili şəxsən baş prokurora müraciət edib. Biz hesab edirik ki, Saakaşvilinin sağlamlığına daha çox zərər vurmaq üçün sistemli iş aparılır”, - deyə vəkil Y. Qruşoveç bildirib.
A. Nəsirli

0.011999130249023