500 illik Dəva Hamamı talan edilib

500 illik Dəva Hamamı talan edilib
 

Paralel.az xəbər verir ki, Diyarbəkirdəki tarixi hamamlar xəzinə ovçuları tərəfindən talan edilib.
Xəbərə görə, Diyarbəkir və ətrafdakı siyahıya alınan 30 tarixi hamamdan 16-sı dağıdılıb, qalanlarının çoxu isə xarabalığa çevrilib.
Diyarbəkirdə 500 kvadratmetr sahəyə malik ən böyük hamam olan Dəva hamamı da xəzinə ovçuları tərəfindən dağıdılıb. Sur rayonunda 16-cı əsrdə tikilmiş, səkkizguşəli günbəzli və pəncərələri olan türk hamamının bərpası tələb olunub.
Övliya Çələbinin səyahət kitabında öydüyü tarixi hamamın sahibi Cuma Akgün hamam günbəzinin pəncərələrinin səkkizguşəli memarlıq ilə hazırlandığını deyib: “Biz 27 il əvvələ qədər şəhər əhalisinin ziyarət etdiyi mədəni irs olan Dəva hamamını bərpa etmək istəyirik. Təxminən bir il əvvəl hamamda qazılan yerləri bağlamışdıq. Hamamdan tonlarla zibil çıxarılıb. 

Məqsədimiz  Diyarbakıra, turizmə töhfə verməkdir”.
Nigar
0.015504121780396